İsraildə noyabrın 1-də keçirilən seçkilərin ardından “Likud” Partiyasının sədri Benyamin Netanyahuya hökuməti formalaşdırmaq tapşırılıb. O, 21 dekabrda verilən vaxtın bitməsinə dəqiqələr qalarkən prezident İsaac Herzoqa zəng edərək hökümət kabinetinin hazır olduğunu bildirib.
Netanyahunun baş ofisindən verilən məlumata görə, O Herzoqla telefon danışığında "Seçkilərdə qazandığımız xalqın dəstəyi sayəsində, bütün İsrail vətəndaşlarına xidmət edəcək hökuməti qurmağı bacardığımızı sizə bildirmək istədim" sözlərindən istifadə edib.
Qeyd edək ki, Netanyahunun kabinetin kimlərdən ibarət olduğunu tezliklə açıqlamaq məcburiyyətində deyil. İsrail mediasının məlumatına görə, Netanyahunun hökumət kabinetinin İsrail Milli Məclisində etibar çıxışının yanvarın 2 də həyata keçirilməsi gözlənilir.
Xatırladaq ki, seçkilərdə Netanyahunun rəhbəri olduğu "Likud" partiyası 32 kürsi ilə birinci, baş nazir Yair Lapidin lideri olduğu "Yesh Atid" partiyası 24 stul ilə ikinci, Benni Gantzın rəhbərliyi altındakı "Beynəlxalq Birlik" Partiyası 12 kreslo ilə üçüncü yeri tutublar.
Netanyahunun lideri olduğu sağ blok 120 kürsülük məclisdə, 64 kürsü qazanaraq höküməti qurmaq üçün səs çoxluğunu əlinə alıb.
Mənbə: Hürriyyət qazetesi