Azərbaycan xalqını 200 illik töhmətdən xilas edən SƏRKƏRDƏ

“Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətinin uğurlu davamçısıdır”
Bunu "Sherg.az"a açıqlamasında yazıçı, deputat Aqil Abbas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edərkən deyib.
O vurğulayıb ki, dövlət başçısı Azərbaycan xalqını 200 illik bir töhmətdən xilas edib:

"Cənab Ali Baş Komandanın sərkərdəliyi ilə torpaqlarımızı azad edərək, 30 illik həsrətə son qoyduq. Onun prezident olduğu dövrdə Azərbaycan dünyanın qəbul etdiyi nüfuzlu bir ölkəyə çevrilib. Ölkə rəhbərinin özünün də dediyi bir söz var: "Azərbaycan kiçik olsa da, böyük söz sahibidir". 

İnanıram ki, onun rəhbərliyi altında Azərbaycan Qarabağda da öz hüquqlarını təmin edəcək. Öz növbəmdə cənab Prezidenti təbrik edir, ona Mehriban xanımla birlikdə ailə səadəti və can sağlığı arzu edirəm.

Bu yaxınlarda isə ailəsində toy olub. Bu nigahın da uğurlu olmasını və oğul nəvələrini qucağına almasını diləyirəm".
Qeyd edək ki, 24 dekabr - Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.
Xatırladaq ki, İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.