REAKSİYA!- Ermənistan sülhə gəlmir: Sərt güc tətbiq olunacaq?

“Bunun tədbiqi isə vaxt məsələsidir. Ona görə ki, güc və məkan əleyhimizədir və İrəvan hər zamankı kimi sözünü dəyişir”

“Hələlik sülh sazişinin hansısa formatda imzalanacağı gözlənilən deyil. Məsələnin siyasi yolla həlli görünmür. Bu səbəblə də 2023- cü ildə gərgin keçəcək" 

“Gələn il Ermənistan Brüsseldə aparılan danışıqlar üzrə üçtərəfli formata qayıda bilər”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, bu, bir neçə məqamdan, o cümlədən Laçın yolundakı durumdan asılıdır:

“Maraqlıdır ki, Azərbaycan qalib dövlət olmasına baxmayaq, sülhə daha çox səy göstərir. Moskva və Brüssel formatı gələcəkdə bərpa oluna bilər. Həmçinin Vaşinqton formatı da yarana bilər. Amma başqa format ağlabatan görünmür”.

2022-ci ilin siyasi problemlərin pik həddə çatması ilə yekunlaşdığını deyən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Ermənistanla Azərbaycan arasında məsələnin həlli ilə bağlı yaxınlaşma yoxdur:

"Rəsmi İrəvan Bakının sülh sazişinə yönəlik 5 təklifini qəbul etmir və öz təkliflərini irəli sürür. Ümumiyyətlə,  qarşıdan gələn ildə də problemlərin öz yönündə davam edəcəyini düşünürəm.  Çünki Azərbaycanın istəkləri üzərinə əsas məsələ sərhədlərin tanınmasıdır. 

Bununla da Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımaq məcburiyyətində qalır. Sırf  bu səbəbdən də rəsmi İrəvan siyasi dialoqların istər Rusiya, istərsə də Vaşinqton formatından yayınmağa çalışır. Yəni Paşinyan siyasi hakimiyyətini qorumaq üçün prosesi uzadır. Sülh müqaviləsinin imzalanması, Ermənistan üçün Qarabağda olan yaraqlıların bölgədən çıxarılması və Laçın dəhlizinin statusunun ləğv olunması deməkdir. Bu yöndə isə Ermənistanın siyasiləri heç bir mesaj vermirlər".

 Analitik qeyd edib ki, belə hallar olduqda siyasətdə iki variantdan istifadə edilir:

"Ya iki tərəf də biri-birinin mövqeyini qəbullanır, ya da güc vasitəsilə qəbul etdirilir. İndiki məqamda Ermənistan Azərbaycanın sülhə yönəlik mövqeyini qəbul etmədi. Ortada yalnız sərt gücün tədbiqi qalır. Bunun tədbiqi isə vaxt məsələsidir. Ona görə ki, güc və məkan əleyhimizədir və İrəvan hər zamankı kimi sözünü dəyişir. Onlar Vaşinqtonda bir cürə, Brüsseldə fərqli, Şoçi də isə başqa formada danışır.  Hələlik sülh sazişinin hansısa formatda imzalanacağı gözlənilən deyil. Məsələnin siyasi yolla həlli görünmür. Bu səbəblə də 2023- cü ildə gərgin keçəcək".