Türkiyə zəlzələlərin yaratdığı böyük dağıntıları yaşayarkən, Kosovodan mənəvi dəstək gəlib.
"Sherg.az" xəbər verir ki, Kosovo prezidenti Vjosa Osmani episentri Kahramanmaraş olan zəlzələlərdən sonra milli matəm elan edib.
V.Osmani sosial media hesabından açıqlama verib:
"Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, 8 fevral çərşənbə günü Kosovo Respublikasında milli matəm günü elan etdim”.
Mənbə: HABERLER