Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Əliyev -Paşinyan- görüşünün Mühen raundunu “Sherg.az”a dəyərləndirib.
Sabiq XİN başçısının sözlərinəgörə, bu görüşdən sonra bəyan oldu ki, sərhəd-keçid məntəqələri əlavə olunacaq:
“Laçın–Xankəndi yolunda ictimai nəzarət dövlət qurumları tərəfindən həyata keçiriləcək. Nəzarət olan yerdə bölgəyə müxtəlif radikal, terrorçuların girişi mümkün deyil.
Radikal mövqedə dayanan Ruben Vardanyan (red.özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader) və tərəfdarları yaxın gələcəkdə bölgəni tərk edəcəklər.
Azərbaycanın dekabr ayından atdığı siyasi addımlar, xüsusilə Laçın-Xankəndi yolunda ekoloji aksiyanın fəaliyyəti məntiqi nəticəsini verir”.