DTX işləyir!

"Dövlət Təhlükəsizlik Xidməti (DTX) kifayət qədər yaxşı fəaliyyət göstərir”. 
Bunu "Sherg.az"a açıqlamasında keçmiş polis rəisi Mahmud Hacıyev müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibinin DTX əməkdaşları tərəfindən saxlanılmasından danışarkən deyib. O qeyd edib:


“DTX –nın adı Milli Təhlükəsizlik Nazirliyi olanda ordakı dəstə qurumu bərbad günə qoymuşdu. Onların bir qismi həbs və yaxud xaric edildi. Görünən dağa, nə bələdçi? Yeni rəhbərlik yüksək səviyyədə işləyir".

Qeyd edək ki, müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi DTX əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.