“Fransanın müstəmləkə imperiyası dövründən bəri müsəlmanlara münasibətdə yürütdüyü siyasət göstərir ki, rəsmi Paris təkcə bu ölkədə yaşayan müsəlmanlara qarşı deyil, ümumilikdə islam ideyalarına və müsəlman dünyasına qarşı mübarizə aparır”.
Bunu Lester Universitetinin (Böyük Britaniya) nəzdində fəaliyyət göstərən media, kommunikasiya və sosiologiya məktəbinin dosenti İdil Osman bildirib.
Onun sözlərinə görə, Fransa müstəmləkəçi dövlət kimi Şimali Afrikanın yerli xalqlarının dini ənənələrini, mədəniyyətini sıxışdırmışdı: “Bu regionda mövcud olan mədəniyyətlərin və dinlərin (əsasən islam) məhvinə sistemli yanaşma var idi və o vaxtdan islamın “demonizasiyası”na başlanılıb”.
İ.Osman vurğulayıb ki, Fransada müsəlmanların o qədər də çox olmamasına baxmayaraq, bu ölkənin hökuməti hicab və niqab geyinməyi qadağan edən qanunun qəbuluna qərar verib: “Bu, Fransanın müsəlmanların həyat tərzi üçün təhlükəli olduğunu göstərir”.
Fransanın təxminən 5-10 faizi İslam dininə inan şəxslər olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Sherg.az"a vurğulayıb ki, onların ölkədə toplaşması isə Fransanın Afrikada apardığı koloniya siyasətinin nəticəsidir:
"Oradakı basqıçı rejim və müstəmləkə siyasəti əkstəsir yaradır. İndi həmin şəxslərin adaptasiyası və cinayətlərdə böyük pay sahibi olması, əleyhinə kampaniyanın başlamasına gətirib çıxardı. Amma islam dininə qarşı sistemli tədbir, dövlət siyasətinin və polisin maraq dairəsinə düşməsi niyyətdən və əməldən xəbər verir.
Yəni cinayət tərkibi yaradır. İnsan hüquqları prizmasından Azərbaycanın masaya yatırdığı Fransanın islamafob mövqeyi də bu kontekstdən qiymətləndirilir. Diqqətlə baxsaq, görərik ki, bu hadisə təkcə Fransanın işğal etdiyi Ərəb ölkələrində baş vermir. Azərbaycan da bu islamafobiyanın yan təsirlərini görür.
Xüsusən Qarabağ münaqişəsinin həllindən sonrakı proseslər dönəmində rəsmi Parisin anti-Azərbaycan ruhda başlatdığı kampaniya, ölkəmizdə yaşayanların böyük hissəsinin islam dininə inanmasına görədir.
Yəni Fransa Ermənistanı xristian dövləti olduğu üçün dəstəkləyir və bu mənada özünün xristian təəssübkeşkiyini ortaya qoyaraq islama üstünlük verən Azərbaycana qarşı yad münasibət göstərir".