Yekun sülh! – ABŞ-da doğulan ümidi Rusiya "qətl edir" – Təxribat!

Xəbər verdiyimiz kimi, 10 may axşam və 11 may səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlara əl atıb. Belə ki, Azərbaycan ordusunun bölmələri müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutulub. Artışma nəticəsində bir hərbi qulluqçumuz şəhid olub, digəri yaralanıb.

Təxribatın yekun sülhə necə təsir edəcəyini "Sher.az"a dəyərləndirən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl qeyd edib ki, bu cür provokasiyaların olma ehtimalı hər zaman var:

"Çünki bölgədə maraqlı olan dövlətlər, təşəbbüsü əldən vermək istəmir. Ümumiyyətlə ABŞ-da baş tutan təmaslardan sonra yekun sülhlə bağlı ümid doğmuşdu. Bu isə Rusiya tərəfini narahat edirdi. Ona görə də Ermənistanın fonunda tərəflər arasındakı belə toqquşmalar gözləniləndir".

Analitik əlavə edib ki, belə təxribatların ümümi sülh gedişatına təsir göstərəcəyini düşünmür:

"Çünki bu gün Nikol Paşinyanın öz mövqeyi və onunla razılaşmayan revanşistlər var. Yəni erməni baş nazir ölkəyə tamamilə nəzarət edə bilmir və Ermənistanda xaos hökm sürür. Ümumiyyətlə düşünürəm ki, proses ləngisə də yekun sülhə imza atılacaq.  Çünki prosesləri çox uzatmaq Ermənistana sərf etmir və uzandıqca onlar daha çox zərər görürlər. Həmçinin qalıcı sülhün əldə edilməsinə ilk növbədə Rusiya maraqlı olmalıdır. Amma görürük ki, Kreml daxilindəki bəzi güclər bunda maraqlı deyil. Ümumiyyətlə, hadisələr Qərb və Rusiyanın rəqabəti fonunda baş verir. Çünki Ermənistan bu mübarizə üçün ən uyğun ölkədir".