Yumurta istehsalı azalmayıb, əksinə artıb - QITLIQ OLA BİLMƏZ - RƏSMİ


Paytaxtda yumurta qıtlığı yaranıb. Şəhərin bəzi yerlərində fəaliyyət göstərən marketlərdə yumurta tapmaq olmur. Yasamal sakinləri rayon ərazisindəki “OBA” marketdə neçə gündür satışda yumurta olmadığını bildiriblər. 

Qıtlığın səbəbini öyrənmək üçün “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” ilə əlaqə saxladıq. Assosiasiyanın sədri Mürvət Həsənli “Sherg.az”a açıqlamasında yumurta qıtlığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini söylədi: 


- Əksinə, hazırda yumurta istehsalında 12 faiz artım var. Anbarlarda da kifayət qədər yumrta ehtiyatı toplanıb. Hətta buna görə yumurtanın qiyməti 5 qəpik aşağı düşüb. 
Bəzi marketlərdə yumurta qıtlığının olmasına gəlincə, M.Həsənli bunu çatdırma ilə əlaqəli ola biləcəyini söylədi: 
- Ola bilər ki, hansısa satış mərkəzinə çatdırılma vaxtında aparılmır. Səbəb bu ola bilər. Yumurta istehsalı azalmayıb, əksinə artıb. Niyə qıtlıq olmalıdır?!