Türkiyə başladı: Azərbaycanda da pandemiya cərimələri geri qaytarıla və silinə bilər


Pandemiya zamanı karantin qaydalarının pozulmasına (tibbi maskarkardan istifadə etməmək, evdən çıxmaq qadağasına əməl etməmək)  görə tətbiq edilən cərimələr geri qaytarılacaq. Vətəndaşlar pullarını geri almaq istəyirsə, 2024-c ilin sonunadək müraciət etməlidirlər. Sevinə bilərik. Çünki bu hal qardaş Türkiyədə baş verir. Qardaşdan qalma geri, atalar məsəli, hələ də aktualdırsa, ümid edək ki, Azərbaycan hökuməti də oxşar addım atar. Türkiyədə proses necə icra olunacaq? 

“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyədə Covid-19 pandemiyası dövründə karantin rejimi qaydalarının pozulmasına görə tətbiq edilmiş cərimələrin vətəndaşlara geri qaytarılmasına başlanılıb. Vətəndaşlar qərar elan edildiyi gündən 2024-cü ilin sonunadək müraciət edə bilər. Bu məlumat Türkiyənin “Resmi Gazete”sində yayımlanıb. Məlumatda bildirilir ki, müraciətlərə əsasən geri ödəmələr 2024-cü ilin 31 dekabrınadək icra ediləcək. Bununla bağlı Gəlir İdarəsi başkanlığı prosesin icrasına başlayıb. Müraciətlər sözügedən idarənin niternet ünvanı üzərindən, yaxud vergi idarəsi və ya poçt yoluyla qəbul olunur. Eyni hal bizdə də yaşana bilərmi? 

İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, böyük ehtimalla burada söhbət cərimələri ödəmək qabiliyyətində olmayan şəxslətdən gedir: 

- Ödənmiş cərimələrin geri qaytarılması, düşünmürəm ki, mümkün olsun.  Amma cərimələri ödəmək qabiliyyətində olmayan, cərimənin ödənməməsi nəticəsində üzərinə əlavə edilən faizlər silinə bilər. Ödənilməmiş cərimələri geri qaytarmaq olar. Hesab edirəm ki, bu hallarda cəriməni vətəndaşa bağışlamaq mümkündür. Bilirsiz ki, pandemiya dövründə tətbiq eidlən cərimələr yalnız vətəndaşların nizasm-intizama riayət etməsi üçün idi. Kimsə, başqa, yersiz sözlər danışa bilər. Amma cərimələrin dövlət büdcəsində xüsusi çəkisi yoxdur. Həmçinin, cərimələr vətəndaşa geri qaytarılsa da, bu, dövlət büdcəsinin böyük mənada ziyanına olmaycaq, çünki dediyim kimi büdcədə cərimələrin çəkisi çox kiçikdir.  Bundan büdcəyə ziyan dəyməz, amma vətəndaş məmnunluğu artar. Pandemiya ağrılı dövr idi. Düşünmürəm ki, kimsə bilərəkdən, qəsdən qaydaları pozmuş olsun. İnsanların o dövrdəki həssaslığı, iş yerlərinin bağlanması, gəlirlərin azalması tendesiyası da  nəzərə alınmalıdır.