Deyirlər, yağış gəlir... - Nə vaxt sərinlənəcəyik?

Bütövlükdə regionu əhatələyən qızmar istilərin bitməsinə sayılı günlər qalır. Havanın qəfil dəyişəcəyi, yağış yağacağı gözlənilir. Buna səbəb Qara dəniz sahillərində hava şəraitinin dəyişməsidir.

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki,T ürkiyə Meteoroloji Gənəl Müdürlüyü bu gün 13 avqust tarixində Mərmərə bölgəsndə güclü külək, leysan yağışlar, hətta fırtına olacağı ilə bağlı xəbərdaqlıq edib. Sonrakı günlərdə isə sərin hava axını Qara dəniz sahillərinə çatacaq. Qara dənizin orta və şərq sahillərində yağışlı və buludlu hava müşahidə ediləcək.

 Samsun, Rize, Trabzon bölgələrində temperatur 28 dərəcəyə enəcək. Nəzərə alsaq ki, ölkəmizdə hava durumu bir çox hallarda qadaş Türkiyənini Qara dəniz bölgəsindəki hava axınlarının təsir altında olur, yaxın günlərdə ölkə ərazisində havanın sərinləşəcəyi gözləniləndir.