Kod adı: "Qonaq"! İsrail hücumlarının arxasında duran səs yazısı üzə çıxıb

O, şənbə günü səhər İsraili viran qoyan hücumların arxasında duran addır. "Qonaq" kod adlı və "Həmasın beyni" kimi tanınan şəxsin müharibə ilə bağlı səs yazısı ortaya çıxıb. ABŞ mətbuatı az qala kabus olan “Qonaq” haqqında geniş təhlil dərc edib.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın Ukraynanı işğalından sonra son illərin ən böyük hücumlarından biri İsrailin cənubunda baş verib. HƏMAS qüvvələri sərhədə girərək saysız-hesabsız insanı öldürüb, bir çox bölgədə nəzarəti ələ keçirib. Hücumlardan bir neçə saat sonra HƏMAS tərəfindən səs yazısı yayılıb və bu, hücumun təşkilatçısı "Qonaq" kod adlı Məhəmməd Deyfə məxsus olub. “Qonaq” səs yazısında bunları deyib:

“Xalqımız ABŞ və Qərb ölkələrinin davam etdirdiyi cinayətlərə son qoymağa qərar verdi. Düşmən başa düşəcək ki, hesab vermədən əylənə bilməyəcək”.

“Financial Times” qəzetindəki təhlildə “Qonaq”ın İsrail kəşfiyyatı tərəfindən tutulmamaq üçün hər gecəni başqa bir Həmas üzvünün evində keçirdiyi yazılıb. Hücum etmək planlarını böyük məxfiliklə irəli sürən "Qonaq" 20 il əvvəl İsrailin hücumlarında qolunu və ayağını itirmişdi. Buna baxmayaraq, kəşfiyyatı ilə İsrail ordusuna qarşı vuruşmağa davam edən “Qonaq” Həmas qüvvələrinin hörmətini qazanıb.

İsrail ordusunu hazırlıqsız yaxalayan “Qonaq” Fələstindəki təşkilatların Qərb tərəfindən müsbət qarşılanan fəaliyyətinə baxmayaraq, hamısını kölgədə qoydu. Qəzzadakı Əl-Əzhər Universitetinin siyasət professoru Mkhaimar Abusada, "Hələ hücumdan əvvəl Deif müqəddəs şəxsiyyət kimi idi və həm Həmas daxilində, həm də fələstinlilər tərəfindən çox hörmət edilirdi" deyib. O əlavə edib ki, onun İsrailə qarşı ən böyük əməliyyatı indi onu “gənclər üçün tanrı kimi” bir fiqur edəcək.

Beynəlxalq mətbuatın “Qonaq” haqqında məlumatı azdır. Onu 1980-ci illərdə tanıyanlar o vaxtlar da Deif adı ilə tanındığını desələr də, bəziləri onu doğum adı ilə tanıdıqlarını deyirlər. Deyfin indiyə qədər mətbuata sızan yalnız bir şəkli var. ABŞ Dövlət Departamentinin terrorla mübarizə üzrə keçmiş müşaviri, təhlükəsizlik üzrə ekspert Metyu Levitt “Qonaq”ı “Həmas daxilində sərtliyi ilə tanınan biri” kimi təsvir edir. 2002-ci ildə HƏMAS-ın həmtəsisçisi Salah Şehadanın öldürülməsindən sonra Deif HƏMAS-ın hərbi qanadının lideri oldu. 'Qonaq' dövründə Həmas Qəzzanın altında qazdığı tunellər və Qəssam raketləri ilə tez-tez gündəmə gəlirdi. Hətta bu tunellərdə “Qonaq”ın yaşadığı da iddia edilirdi.


Deif üçün məxfilik ölüm-dirim məsələsi olub. O, 2000-ci illərdə İsrailin dörd sui-qəsd cəhdindən sağ çıxa bilib. Bu cəhdlərin bəzilərində o, ağır yaralanıb. İsrailin paylaşdığı məlumata görə, o, bu hücumlarda bir gözünü və bəzi üzvlərini itirib. BBC-yə danışan keçmiş İsrail hərbi kəşfiyyat rəsmisi bildirib ki, o, ağır yaralandığı üçün heç vaxt əvvəlki kimi təşkilata rəhbərlik edə bilməyəcəyi düşünülürdü: “İnsanlar onun lider və ya başqan kimi xidmət edə bilməyəcəyini düşünürdülər. Lakin o, mümkün qədər tez sağaldı. Onun bu sui-qəsd cəhdlərindən sağ qalması onu “9 canlı pişik” kimi tanınmasına səbəb oldu.

Deyfə qarşı beşinci sui-qəsd 2014-cü ildə İsrailin Qəzza əməliyyatı zamanı həyata keçirilib. İsrailin Şeyx Rıdvan məhəlləsinə endirdiyi hava zərbəsi nəticəsində Deyfin həyat yoldaşı Vidad və onların azyaşlı övladı Əli həlak olub. İsrail Deyfin də evdə olduğunu zənn etdi, amma yanıldı.