“Xəzər” Universitetində tarix elmləri doktoru,professor Nəsiman Yaqublunun “Qərbi Azərbaycanlılar: Unudulmuş irs” kitabının təqdimatı keçirilib.
"Sherg.az"xəbər verir ki, əsasən universitet tələbələrinin iştirakı ilə keçirilən tədbirdə N.Yaqublu çıxış edərək kitabın nəşrinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. Sonra müəllif Qərbi Azərbaycan bölgəsindən olan Əkbər ağa Şeyxülislamzadənin,Məmməd Sadıq Aranın, Tağı Aranın,akademik Heydər Hüseynovun oxuculara geniş məlum olmayan fəaliyyətlərinin araşdırıldığını və onların zəngin irsindən olan nümunələrin bu kitabda toplandığını söyləyib.
Tədbirdə çıxış edən “Xəzər” Universitetinin müəllimi Bayram Quliyev çıxı edərək professor N.Yaqublunun son illərdə nəşr edilən kitablarının Azərbaycan tarixinin unudulmuş sahələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirin sonunda iştirakçılara “Qərbi Azərbaycanlılar: Unudulmuş irs” kitabı paylanılıb.