İngiltərə və Uelsdəki hakimlərə məhkəmə qərarlarının yazılması və böyük həcmdə mətnin ümumiləşdirilməsi kimi vəzifələr üçün süni intellektdən istifadə etməyə icazə verilib.
Hakimlərə nəzarət edən Böyük Britaniyanın Koroner Ofisi süni intellektin bəzi tapşırıqlar üçün necə faydalı ola biləcəyini göstərən təlimat dərc edib.
Süni intellekt vasitələrinin tapşırıqların yerinə yetirilməsində kömək edə biləcəyi yollara dair nəşr edilmiş təlimatda onların böyük həcmdə mətni ümumiləşdirməyə və təqdimatlar, e-poçtlar və iş üzrə məhkəmə qərarını yazmağa kömək edə biləcəyini qeyd edilib.
Bununla belə, onu hüquqi araşdırma və təhlil üçün istifadə etməmək barədə xəbərdarlıq edilib.
Ötən həftə Braziliya süni intellektlə yazılmış mətnin qanuna çevrildiyi ilk ölkə olub.
Ölkənin cənubundakı Porto Aleqre şəhərində oğurlanmış su sayğaclarının dəyişdirilməsi xərcləri ilə bağlı qanun layihəsi 36 deputatdan ibarət bələdiyyə şurası tərəfindən qəbul edilərək qüvvəyə minib.
O mətni hazırlamaq üçün normalda 3 gün vaxt lazım olduğunu, lakin süni intellekt sayəsində bunun cəmi 15 saniyə çəkdiyini bildirib.
ABŞ-də hüquqşünas olan Steven Şvorts və Peter LoDuca, ChatGPT köməyi ilə müştərilərini müdafiə edəcəkləri 10 səhifəlik xülasə hazırladılar. Lakin bütün məlumatların saxta olduğu üzə çıxıb.
Bu xəbərdarlığa səbəb Amerikada iki vəkilin ChatGPT-dən sitat gətirərək saxta işləri gerçəkmiş kimi məhkəməyə təqdim etməsi olub.
İşin hakimi Kevin Kastel vəkillərin hüquq firmalarına 5 min dollar cərimə kəsib.