Qətərdən olan nümayəndə: Qadınları, uşaqları öldürənlər insan haqlarından danışır


"Müsəlmanların özünü müdafiə etməsinə ehtiyac yoxdur, bu dində insan haqlarından danışmağa ehtiyac yoxdur, çünki İslam sülhün, tolerantlığın, inklüzivliyin dinidir”.

APA xəbər verir ki, bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində "Təhsil kontekstində İslamofobiya ilə mübarizə" adlı paneldə Qətər Universitetinin Körfəz Araşdırmaları Mərkəzinin direktoru Mahjoob Əhməd Suleyman Zveiri deyib.

“Bu gün qadınları, uşaqları öldürənlər insan haqlarından danışır. Onlar bizi radikallaşdırıblar, öz koloniyalarına çeviriblər, bizə qarşı qeyri-insan yanaşma sərgiləyiblər", o deyib.

Qətərdən olan nümayəndə bildirib ki, müsəlmanlar istənilən mədəniyyətə, mühitə adaptasiya olur, inteqrasiya edirlər".

Mahjoob Əhməd Suleyman Zveiri qeyd edib ki, bu gün Qərbdə universitetlərdə İslamofobiya ilə bağlı danışmağa müsbət yanaşılmır:

"Ali təhsil tənqidi düşüncəni təşviq edirsə, onlar bunu məhv ediblər, ali təhsil müxtəlifliyi təşviq edirsə, onlar bu müxtəlifliyi məhv ediblər".