Murat Kurum: Velosiped artıq nəqliyyat vasitəsi olacaq

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB)  başqanlığına namizədi Murat Kurum, artıq velosipedlərin İstanbulun hər yerində nəqliyyat vasitəsi olacağını vurğulayıb.

Sherg.az xəbər verir ki, Murat Kurum, 2024 Hərəkətlilik İli çərçivəsində Beykoz İdman Meşəsində 1653 velosipedlə "Dünyanın Ən Uzun Velosiped Xətti" yaradaraq "Hər kəs üçün İdman" Federasiyasının rekorda cəhd edəcəyi tədbirə qatılıb.

Gənclər və İdman naziri Osman Aşkın Bak və gənclərlə velosiped sürən Kurum daha sonra gənclərə müraciət edib.

Gözləri parlayan gəncləri görəndə öz gəncliyini düşündüyünü bildirən Kurum, gənclərə daha yaxşı gələcək hazırlamaq üçün hər zaman çalışdıqlarını bildirib.

Bu gün 1653 velosipedlə qatıldıqları tədbirlə Türkiyənin adını Ginnesin Rekordlar Kitabına yazdırdıqlarını bildirən Kurum, "Türk gəncləri bu rekordu qırdı, siz qırdınız. Buradakı bütün gənclərimizi təbrik edirəm" deyə bildirib.

Kurum İstanbulun gələcəyini gənclərlə birlikdə quracaqlarını və İstanbulu velosiped şəhəri edəcəklərini bildirib.

Artıq İstanbulda velosipedlərin nəqliyyat vasitəsi olacağını bildirən Kurum, 2028-ci ilə qədər velosiped yollarını 1000 kilometrə, daha sonra isə 1500 kilometrə çatdıracaqlarını söyləyib.

"Burada Beykozda velosiped sürüb dinc vaxt keçirdiyiniz kimi, meşənin gözəl qoxusu, çiçəklərin və ağacların qoxusu ilə artıq velosipedlər İstanbulun hər yerində nəqliyyat vasitəsi olacaq.  Evinizdən velosipedinlə çıxacaqsınız,  məktəbə  və işə gedəcəksiniz". 
Skuterlər və elektrik avtomobillər üçün parkinq sahələri quracaqlarını qeyd edən Kurum, "2040 xalis sıfır emissiya hədəfimizə birlikdə çatacağıq. Bu hədəf çox əhəmiyyətlidir, çünki tədbir görməsək İstanbulumuz və ölkəmiz yaşanmaz hala gələcək" - deyə bildirib.

Qurum, İstanbulun hər məhəlləsində idman meydançaları, sınağa çəkmə emalatxanaları, startap mərkəzləri və ortaq ofislər tikəcəklərini izah etdi.