Hesab edirəm ki, bu konfrans islamofobiya problemini müzakirə etmək üçün çox mühüm fürsətdir. Çünki bu problem bütün dünyada getdikcə artmaqdadır və gündəmdədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında sudanlı jurnalist Asim Mahieldin Mohamed Elhaq söyləyib.
Bütün dünya müsəlmanlarının bir araya gələrək çox təhlükəli bu məsələni müzakirə etməsinin çox vacib olduğunu vurğulayan jurnalist deyib: “Zənnimcə, islamofobiya getdikcə artacaq. Qərb icmasının bu məsələyə reaksiyası çox zəifdir. Əgər bu, sadəcə, qorxu olsaydı, biz özümüz həll edə bilərdik. Lakin bu hipnozdur, müsəlmanlara qarşı çox sərt bir hərəkətdir. Gələcəkdə daha pis vəziyyətə düşməmək üçün biz bu problemin həlli yolunu tapmalıyıq”.
Sudanlı jurnalist Azərbaycanın çox gözəl və çox vacib İslam ölkəsi olduğunu bildirib.