Zelenski sülhə razı olmadı, indi ruslar Kiyevə girəcək!

Ukrayna Prezidenti Vladimir Zelenski münaqişənin əvvəlində sülh yolu ilə nizamlanmaya razılaşsaydı, ölkənin dağılmasından qaça bilərdi.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Larri Conson deyib.

"Düşünürəm ki, Zelenski indi dərk edib ki, 2022-ci ilin martında (İstanbul danışıqları - red.) sülh sazişi bağlamaq lazım idi. Amma indi Ukrayna Odessaya nəzarət etdiyi müddətdə Rusiya onunla danışıqlar aparmayacaq. Təxmin edirəm ki, hər şey bitməmiş biz Kiyevdə rusları görəcəyik", - L.Conson qeyd edib.