Qlobal istiləşmənin təsiri: “Türkiyənin iqlimi gələcəkdə Misirə bənzəyəcək”

Qlobal istiləşmənin təsirləri hər il özünü daha çox hiss etdirir. Türkiyənin yaxın gələcəkdə Misirlə eyni iqlim xüsusiyyətlərinə sahib ola biləcəyi ifadə olunur. İqlim dəyişikliyi səbəbindən subtropik zonanın tədricən şimala doğru genişləndiyini deyən mütəxəssislər, Anadoludakı ekosistemlərin pozulmaq təhlükəsi ilə üzləşdiyinə diqqət çəkirlər.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Tekirdağ Namık Kamal Universiteti Coğrafiya bölümü müəllim Dr. İlker Eroğlu, Türkiyənin yaxın gələcəkdə Misirlə eyni iqlim xüsusiyyətlərinə sahib ola biləcəyini söyləyib.

Eroğlu, iqlim dəyişikliyinin dünyadakı bütün canlılara mənfi təsir etdiyini ifadə edib. 


Qlobal istiləşmədən bütün dünyanın təsirlənəcəyini və bu məsələyə hər kəsin ciddi yanaşmalı olduğunu vurğulayan Əroğlu, iqlim dəyişikliyi səbəbindən subtropik zonanın tədricən şimala doğru genişləndiyini vurğulayıb.

İsti bölgənin daha da şimala doğru yayıldığına diqqət çəkən Eroğlu, bu məlumatları verib:

“Yaxın gələcəkdə Türkiyənin Misirlə eyni iqlim xüsusiyyətlərinə sahib olması mümkündür. Bu baxımdan dənizlərimiz isinir və istiləşdikcə invaziv balıqlar, istər daha cənubda, istərsə də Aralıq dənizinə və Qara dənizə doğru  hərəkət etməyə başlayıb. Məsələn, hamsi daha da şimala gedir. Soyuq ərazilərə doğru köç edir. Bunlar bizim bioloji populyasiyalarımızın və bioloji zənginliklərimizin azalmasına və buradakı yaşayış yerlərinin yox olmasına səbəb olur."

Eroğlu, Türkiyədə 3 mini endemik olmaqla 12 min bitkinin qlobal istiləşmədən təsirləndiyinə diqqət çəkir.

İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün səylərin daha da artırılması lazım olduğunu ifadə edən Eroğlu, bunları söyləyib:

“İqlim dəyişikliyi, xüsusilə temperaturun artması, yağıntıların azalması  və quraqlıq ekosistemlərin pisləşməsinə və kənd təsərrüfatı məhsuldarlığının azalmasına səbəb olur. Bununla bağlı lazımi tədbirləri görməyimiz vacibdir. Təbii ki, bununla bağlı eko siyasət hazırlamaq lazımdır. Gələcəkdə temperaturun nə qədər artacağını, yağıntının nə qədər azalacağını və ya artacağını, nə olursa olsun, müəyyən etmək lazımdır. Deməli, ilk növbədə mövcud vəziyyəti müəyyən etməliyik.

Ona görə də biz gələcəyə dair proqnozlar irəli sürməliyik. Məsələn, yağışlar azalarsa və temperatur yüksəlirsə, çox yağıntı tələb edən bitkilərdən daha çox bu iqlimə uyğunlaşa bilən bitki növlərinə önəm verilməlidir. Su ehtiyatlarından qənaətlə istifadə etmək də vacibdir. Biz suyu israf etməməliyik, çünki Türkiyə artıq su qıtlığından, yəni bu baxımdan su stresindən əziyyət çəkən ölkələr sırasındadır”.