Türkiyə bir çox ölkəyə müdafiə sənayesi məhsulu ixrac edir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dünənə qədər bu ölkənin sərvətlərini istismar etmək üçün müxtəlif müdafiə sənayesi məhsullarını bizə satanlar indi bizim məhsullarımızı tələb etməyə başlayıblar” - deyə o qeyd edib.