NATO-nun baş katibi Yens Stoltenberqin Gürcüstana səfəri başlayıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, Stoltenberq regional səfəri çərçivəsində Bakıdan Tbilisiyə gedib.
Yens Stoltenberqi Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili və Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze qarşılayıb.
Stoltenberqin Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə görüşü planlaşdırılır.
O, martın 19-da Gürcüstandan Ermənistana gedəcək.