Makron “Crocus”dakı terror aktında Fransanın iştirakı barədə ittihamları rədd edib

Fransa Prezidenti Emmanuel Makron “Crocus City Hall”dakı terror aktında ölkəsinin Ukrayna ilə birgə iştirakı barədə ittihamları rədd edib.
APA “Associated Press“ə istinadən xəbər verir ki, o bildirib ki, buna bənzər bəyanatlar ölkəsində sadəcə gülüş doğurur.

Fransa lideri eyni zamanda, ölkəsinin rəsmi Kiyevə dəstəyi davam etdirəcəyini açıqlayıb: “Fransanın bu hücumun təşkilatçılarından biri olduğu barədə fikirlər ağlasığmazdır. Hesab edirik ki, onlar manipulyasiya xarakterlidir və Rusiyanın hərbi aqressiyasına haqq qazandırmaq məqsədi daşıyır”.