Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mina təhlükəsinin davam etməsi insanların həyatına təhlükə yaratmaqla yanaşı, iqtisadi dirçəliş prosesini ləngidir.
Bunu “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O bildirib ki, minalar ümumilikdə regionun ekoloji mühiti üçün ciddi təzyiqdir: “Təsadüfi deyildir ki, ölkə başçısı tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb. COP29 Azərbaycanın irəli sürdüyü 18-ci Milli DİM layihəsinin beynəlxalq ictimaiyyətdə təşviq olunması üçün də mühüm platforma rolunu oynaya bilər”.
“Ümid edirəm ki, BMT ilə birgə həyata keçirilən layihələr iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya, COP29-un ölkəmizdə uğurlu keçirilməsi və digər sahələrlə bağlı ölkəmizin prioritetlərinin icrasına töhfəsini verəcəkdir”- nazir müavini əlavə edib.