KİV: Mirzoyan və Qriqoryan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı təcili iclas təklifini qəbul edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Baş nazirin müavini Mqer Qriqoryan “Ermənistan” müxalifət fraksiyasının aprelin 9-da Ermənistan sərhədinin delimitasiyası ilə bağlı təcili iclas keçirmək təklifini qəbul ediblər.

APA xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Nəşrin yazdığına görə, hakim “Vətəndaş Müqaviləsi” fraksiyası görüşün qapalı formatda keçirilməsində israrlıdır.

Mqer Qriqoryanın ofisi bu məlumatı “Armenia Today”ə təsdiqləyib.