ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraq və İordaniya üzərində xidmət aparırı.
APA xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bildirilib ki, qırıcılar İrandan İsrailə göndərilən pilotsuz uçuş aparatlarını məhv etmək üçün havaya qalxıb.
Bir müddət əvvəl İrana məxsus onlarla PUA-nın İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilirdi.
İrandan buraxılan döyüş başlıqları daşıyan PUA-lar da İordaniya ərazisi üzərində müşahidə edilib.