Rusiyada “Crocus City Hall”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə “Crocus City Hall”da terror aktı ilə bağlı 12-ci şübhəli şəxsi - Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonovu həbs edib.
Məlumata görə, o, bundan əvvəl Moskvada xırda dələduzluğa görə həbs edilmişdi. Rusiya Federasiyasında Cumaxon Kurbonov qeyri-rəsmi işləyib, yataqxanada yaşayıb.
Konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi ilə bağlı cinayət işi açıb.
Hadisə nəticəsində 551 nəfər yaralanıb, 145 nəfər (altısı uşaq) həlak olub. Hadisəni törədən terrorçular Tacikistan vətəndaşları Şamsidin Fariduni, Saidakrami Murodali Raçabalizoda, Dalercon Mirzoyev və Muhammadsobir Fayzov həbs olunublar. Onlar istintaq təcridxanasına göndəriliblər. Onları ömürlük həbs gözləyir
İstintaq davam edir.