İlin sonuna qədər sülh müqaviləsi gözlənilir -ŞƏRH

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəkləri quraşdırılıb.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Sərhəd dirəklərinin yanında sərhədçilərin dayandığı bildirilir.

Məsələni “Sherg.az”a dəyərləndirən politoloq Cümşüd Nuriyev söyləyib ki, Ermənistan tərəfi ilk dəfədir Azərbaycanla sülh sazişinin bağlanmasında həqiqətəndə maraqlı olduğunu bildirir:

“Onlar Kirantsda sərhəddin müəyyən olunması ilə bağlı mövqeylərini bildirirlər. Təbii ki, bu da Azərbaycan tərəfindən lazımi şəkildə qiymətləndirilir. Sərhəd dirəklərinin basdırılması və həmin ərazidə sərhədçilərin dayanması Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə olur. Sərhədçilər kəndə girişi bağlayıblar, revanşist və “Daşnaqsütun” partiyasının nümayəndələrini oraya buraxmırlar. Çünki bu Nikol Paşinyan tərəfdarlarının maraqlarına uyğundur. Azərbaycanın şərtlərinin Ermənistan tərəfindən qəbul olunması rəsmi İrəvanın yavaş-yavaş realllığı dərk etməsinə dəlalət verir. Sözügedən addımlar bitmədən də sülh müqaviləsinin bağlanması mümkündür. Çünki dünyanın əksər aparıcı dövlətləri Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasının tərəfdarıdır. Sülh sazişinə mane olmaq istəyən qüvvələr isə buna nail ola bilmədi. İlin sonuna qədər sülh müqaviləsi gözləniləndir. Nikol Paşinyan COP29-da iştirak etmək istəyirsə, demək ki, noyabra qədər müqavilə imzalanacaq”.