Onlar yanğınlar törətməklə azərbaycanlılara olan qəzəb və nifrətini nümayiş etdirirlər
İkinci Qarabağ müharibəsində onların başına elə bir zərbə vurmuşuq ki, onlar bundan sonra həmişə qorxu içində dovşan kimi yaşayacaqlar
Ermənistanın Azərbaycana qaytardığı Qazaxın 4 kəndi artıq Azərbaycanın nəzarətindədir. Bu kəndlərlə sərhəd Ermənistan kəndlərini isə yerli milli təhükəsizlik xidmətinin sərhədçiləri mühafizə edəcək. İki ölkə sərhədlərin müəyyənləşməsinə aprel ayında başlamışdı. Sərhəd erməni kəndlərinin sakinləri 1 aydı bu prosesə etiraz edirdilər. Erməni mediası bildirib ki, sərhəd Kirants kəndində Azərbaycana qaytarılacaq ərazidə bir sakin yanğın törətməyə cəhd edib. Amma yerli əsgərlər buna mane olub.
Erməni mediası həm də ikisi ev olmaqla 4 tikilinin Azərbaycan tərəfdə qaldığını iddia edib.
Qeyd edək ki, 2020-ci ildə ermənilər işğal etdikləri Ağdamı və Kəlbəcəri, 2022-ci ildə isə Laçını tərk edərkən evlərə, inzibati binalara, meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.
Görəsən, ermənilər niyə ancaq dağıtmaqla, yandırmaqla məşguldurlar və bu utancverici xislətlərini gizlətmək belə istəmirlər?
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Azər Badamov isə hesab edir ki, Tavuş vilayətinin Xeyrimli kəndinin Azərbaycana qaytarılan hissəsindəki tikililərin yandırılması erməni xislətinin, cinayətkar simasının göstəricisidir:
“Ermənilər torpaqlarımızı işğal edəndə də yaşayış məntəqələrimizi talayıb dağıtmışdılar. O cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonları da bizə qaytarılanda evləri, meşələri yandırıb külli ziyan yetirmişdilər. Ümumiyyətlə, ermənidə yaradıcı, humanist xüsusiyyət yoxdur. Onlar ancaq talamaq, oğurlamaq, yandırmaq və dağıtmaqla yaşayıblar. Ona görə onlar heç vaxt uğur qazanıb inkişaf edə bilməzlər. Ermənilərdən fərqli olaraq azərbaycanlılar isə qurucu və yaradıcı xalqdır. Xalqımız ermənilərin viran qoyduğu əraziləri yenidən qurub bərpa edərək dünyanın ən müasir yaşayış məntəqələrinə çevirir. Bizim ermənilərin yaşadığı daxmalara ehtiyacımız yoxdur. Çünki azad olunmuş ərazilərdəki ermənilərin tövlələrə oxşar evcikləri onsuz da təmizləyib zibilliyə atıb, onların yerində müasir binaları ucaldırıq”.
Deputatın sözlərinə görə, ermənilər yanğınlar törətməklə azərbaycanlılara olan qəzəb və nifrətini nümayiş etdirirlər:
“Amma onların bu hərəkətlərinə də çox qalmayıb. Delimitasiya və sərhədlərin müəyyənləşdirilməsi prosesinə artıq başlanılıb. İki ölkə arasında sərhəd müəyyənləşəndən sonra bu gün Azərbaycan ərazisinə düşən tikililəri yandıranlar sabah elə bizə minnətçi olacaqlar. Ermənilər tarixən belə olub. Əllərinə fürsət düşəndə onlarla danışmaq olmur. Qalan vaxtı isə dovşana dönürlər. İkinci Qarabağ müharibəsində onların başına elə bir zərbə vurmuşuq ki, onlar bundan sonra həmişə qorxu içində dovşan kimi yaşayacaqlar”.