ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) “Azadlıq Radiosu”nun erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib.
“Ermənistan tərəfi Minsk prosesinin davam etdirilməsi məsələsinə münasibətlərin hərtərəfli nizamlanması və hər şeydən öncə sülh müqaviləsinin bağlanması kontekstində baxa bilər”, - XİN-dən sorğuya cavab olaraq qeyd olunub.
Qeyd edək ki, “Azadlıq Radiosu”nun erməni xidməti Ermənistan XİN-ə Azərbaycanın Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin imzalanması üçün ilkin şərt hesab edib-etməməsi, İrəvanın niyə Minsk qrupunun buraxılmasına razı olmaması və yaxın gələcəkdə Ermənistanın fikrini dəyişəcəyi və Bakı ilə birlikdə onun buraxılması haqqında ATƏT-ə Birgə Bəyanat təqdim etməsinin mümkün olub-olmaması barədə sorğu göndərib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Parlamentinin “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Armen Xaçatryan açıqlama verərək, ATƏT-in Minsk qrupunun yalnız sülh müqaviləsi imzalandığı təqdirdə ləğv ediləcəyi barədə açıqlama verib.