İlham Əliyevin uzaqgörən siyasəti ilə icra olunmuş beynəlxalq dəhlizlərə maraq artır -ANALİZ
15:10 13.02.2025
Aktual
548
Ölkəmizin ərazisndə yaradılmış Şərq-Qərb nəqliyyat dəhlizi Çindən çıxan yüklərin Avropaya qədər daha da az vaxta daşınmasına yol açır
Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir sıra mühüm mətləblərə toxunub.
Dövlət başçısı müsahibəsində Azərbaycan-Çin münasibətləri, Azərbaycanın şaxələnmiş xarici siyasəti və Orta Dəhlizin potensialından da bəhs edib.
Bir-birinə strateji tərəfdaş kimi yanaşan və qarşılıqlı maraqlarını ön plana çəkən Azərbaycanla Çin arasında münasibətlər son illər xüsusən iqtisadi və ticarət sahəsində daha da inkişaf etməkdədir. Prezident İlham Əliyev də müsahibəsində Çin və Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkib: “Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.”
Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a bildirib ki, dövlət başçımızın qeyd etdiyi kimi Axərbaycan Çin münasibətləri strateji tərəfaşlıq səviyyəsinə qalxıb:
"Azərbaycan Çinin elan etdiyi Bir kəmər bir yol layihəsinə qoşularaq ölkə ərazisndə inşa etdiyi nəqliyyat dəhlizləri ilə töhfə verib. Ölkəmizin ərazisndə yaradılmış Şərq-Qərb nəqliyyat dəhlizi Çindən çıxan yüklərin Avropaya qədər daha da az vaxta daşınmasına yol açır. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə icra olunmuş beynəlxalq dəhlizlərə bu gün maraq artır. Bu da mövcud dəhlizlərin genişləndirlməsini aktuallaşdırıb. Belə ki, Beynəlxalq Ticarət Limanın yükaşırma gücü 15 milyon tondan 25 milyon tona artırılır. Həmçinin BTQ dəmir yolu genişləndilərək yük keçirmə qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırılıb".
Parlamentari vurğulayıb ki, məqsədimiz təkcə tranzit nəqliyyat daşımalardan gəlir götürmək deyil, həm də nəqliyyat dəhlizləri üzərində yeni müəssiələr yaratmaqla iqtisadiyyatımızı gücləndiririk:
"O, cümlədən, Xəzər dənizin dibi ilə çəkiləcək Yaşıl dəhliz layihəsinə Çinin də qoşulacaq və Qara dənizin dibi vasitəsilə çəkiləcək dəhlizlə ümumi Yaşıl dəhliz layihəsi də Avropaya qədər uzanacaq. Azərbaycan Çinlə yaşıl günədliyin inkişaf etdirlməsində də yaxından əməkdaşlıq edir. Belə ki, günəş və külək elektrik stansiyaları üçün texnologiyalar Çindən idxal olunur. Bu isə ölkəmizin yaşıl enerji potensialının reallaşdırmasına dəstək verir. Ümumiyyətlə Azərbaycanın Çin vətəndaşlara vizasız keçidin yaradılması Çindən ölkəmizə turist axınını sürətləndirəcək və xalqlarımızn da bir-birinə yaxınılaşmasına yol açacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
son dövr ərzində 2714 əkiz, 81 üçəm doğulub
13:24 12.12.2025
Sosial
Son 10 ayda nikah və boşanma sayı məlum olub
13:18 12.12.2025
Sosial
Ölkədə doğum sayı azalıb
13:13 12.12.2025
Sosial
Azərbaycan əhalisinin sayı açıqlanıb
13:09 12.12.2025
Sosial
Tramp Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı yardım vəd etdi
13:05 12.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
12:58 12.12.2025
Ekologiya
Bu, Trampın Putinə hədiyyəsi deyil - Naumov
12:23 12.12.2025
Dünya
Sülh planını Zelenskidən başqa hamı bəyənir - Tramp
12:02 12.12.2025
Dünya
Neytral, tərəfsiz bir platforma da sülhə xidmət edəcək - ŞƏRH
11:56 12.12.2025
Gündəm
Ukrayna üçün seçimlər ağrılıdır - Fidan
11:49 12.12.2025
Dünya
Rəsmi Moskva Ukraynanı nüvə şantajında ittiham edib
11:27 12.12.2025
Dünya
Aİ və Ermənistan manipulyasiya edir - RƏY
11:00 12.12.2025
Gündəm
Ter-Petrosyan Paşinyanın əsas tənqidçisinə çevrilib - ŞƏRH
10:36 12.12.2025
Siyasət