
“ABŞ İrəvana təzyiqlərini artıracaq” - Proqnoz!
Yusif Nəzərli
08:20 01.05.2023
Aktual
399
“ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq göstərir”.
Bunu “Hraparak” qəzeti yazıb. Bildirilib ki, Vaşinqton Azərbaycan və Ermənistanın may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantı təsdiqləmələrini istəyir.
Nəşrin məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonun hər iki ölkəyə sonuncu səfəri də bununla bağlıdır.
Lakin Ermənistan sülh gündəliyindən uzaq olduğuna görə, ABŞ-nin İrəvana təzyiqləri artıracağı gözlənilir.
Qeyd edək ki, E.Olson aprelin 18-də Ermənistana, bir gün sonra, aprelin 19-da isə Azərbaycana səfər edib. O, bir sıra rəsmi şəxslərlə, o cümlədən ölkə liderləri ilə görüşüb. Müzakirələrin əsas mövzusu rəsmi İrəvanla rəsmi Bakı arasında münasibətlərin normallaşması prosesi olub.

Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a vurğulayıb ki, aprelin 27-də Ceyhun Bayramov mətbuat konfransında ABŞ-nin səyləri nəticəsində Ermənistan diplomatik danışıqlar masasına qayıdıb cümləsini işlədib:
"İndi də Ermənistan KİV-i belə açıqlamalar verir.
Hər iki məqamı nəzərə alsaq, ABŞ-nin sülh prosesi ilə bağlı atdığı addımların bizim xeyrimizə olduğunu görərik. Yəni rəsmi Vaşinqton əsasən bizim maraqlarımızı nəzərə alır, nəinki rəsmi İrəvanın.
Lakin Amerikanın düşündürən əsas məqam rəsmi Bakının qayğıları da deyil. Onlar öz regional maraqları çərçivəsində hərəkət edirlər. Məhz həmin regional maraqlar Cənubi Qafqazda sülh və sabitliyin olmasını diqtə edir. Çünki ABŞ-ın Cənubi Qafqazla bağlı daha çox iqtisadi maraqları var.
Bu isə təhlükəsizliyin təmin edilməsini və nəqliyyat kommunikasiya xətlərinin açılmasını tələb edir. Bu səbəblə də rəsmi Vaşinqtonun İrəvana təzyiqi başadüşüləndir. Digər tərəfdən Amerika Ermənistana təzyiq göstərməklə, onları Rusiyanın caynağından qoparmaq istəyir. Həmçinin ABŞ başa düşür ki, Kremlin başı Ukraynadakı savaşa qarışıqdır və getdikcə zəifləyir. Bu səbəblə də sürətli tərpənib ciddi nəticələrə nail olmaqla regionda Moskvanın təsir gücünün zəifləməsinə və öz təsir gücünün artmasına nail olmağa çalışır".
Analitik qeyd edib ki, ABŞ hazırda çox güclü kombinasiyalar edir:
"Yəni Rusiyanı hərtərəfli sıxışdırır. Bu da Ermənistana olan təzyiqlərlə müşahidə olunur. Mən prosesin belə də davam edəcəyini və getdikcə ABŞ-nin İrəvana təzyiqlərinin artacağını proqnozlaşdırıram. Ümumiyyətlə artıq Vaşinqton mərkəzli danışıqlar formatı önə keçib və Moskva formatı arxa plandadır. Əlbəttə Rusiya da bununla barışmayacaq və addımlar atacaq. Amma ABŞ daha öndədir. Düzdür, biz rəsmi Vaşinqtonu “süddən çıxmış ağ qaşıq” rolunda görməli deyilik. Bizə onların Minsk qrupunun həmsədri kimi fəaliyyətsizliyi yaxşı məlumdur. Lakin biz proseslərdən öz xeyrimizə və Rusiyanın neytrallaşdırılması üçün istifadə etməliyik. Eyni zamanda üçüncü qüvvələrin proseslərə təsir imkanını da minimuma endirməkliyik. Digər tərəfdən yaxın zamanda müharibə bitsə və Rusiya qalib gəlsə ABŞ istədiyi kimi at oynada bilməyəcək. Buna görə də biz öz siyasətimizi diqqətlə aparmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm