ABŞ rəsmisinin Bakı səfəri: “Vaşinqton bölgədə olduğunu göstərir”
Banuçiçək Kalbalıyeva
14:42 09.06.2021
Aktual
573
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikerlə görüşüb.
Nazir Ceyhun Bayramov Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib. ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. O, Azərbaycan Respublikası Prezidenti ilə telefon danışığına məmnunluqla istinad edib. Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Siyasi analitik Turab Rzayev ölkələr arasındakı ikitərəfli əlaqələr barədə “Sherg.az”a danışdı:
“Bu, tanışlıq səfəridir. Bayden özü hazırda Böyük Britaniyadadır. Dövlət katibinin köməkçilərindən biri isə Cənubi Qafqaza gəlib. Vaşinqton bununla bölgədə olduğunu göstərmək istəyir. Səfərin bir az gec baş verməsinə səbəb isə, çox güman, tərəflərin bəzi məsələlərdə razılıq əldə edə bilməməsi idi. Onu da deyim ki, bundan əvvəl dövlət katibi Entoni Blinken də məktubunda Azərbaycan haqqında xoş sözlər demişdi”.
T.Rzayev, həmçinin qarşılıqlı əlaqələrin əsas istiqamətlərini açıqladı:
“Son iyirmi ildə ABŞ-ın Azərbaycanla bağlı siyasəti, demək olar, stabildir. Əməkdaşlığımızda üç prioritet məsələ var- təhlükəsizlik, enerji daşıyıcıları və demokratiyanın bərqərar olması. Fikrimcə, həmin istiqamətlər bundan sonra əməkdaşlığımızın əsas mövzuları olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm