
"Acun karyera resepti verməyə gəlməmişdi"
Yusif Nəzərli
12:34 24.10.2023
Aktual
557
Türkiyənin məşhur iş adamı, TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalının 22 oktaybr Bakıda keçirilən seminarına gedənlər xəyal qırıqlığına uğrayıblar.
Tədbirin iştirakçıları sosial şəbəkələrdə narazılıqlarını ifadə edərək, yarızarafat-yarıciddi Acunun onları aldatdığını yazıblar.
Çünki təşkilatçılar əvvəldən elan etmişdilər ki, “İnnovativ inkişaf və fürsətlər” adlı seminara gələnlər bolluca motivasiya alacaq, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatlanacaqlar.
“Həmçinin illərin təcrübəsini özündə cəmləyən Acun Ilıcalı sizlərə şəxsi inkişaf, fürsətləri dəyərləndirmə, satış strategiyası və startaplar barədə öz biliklərini bölüşəcək. O, heç harda danışmadığı təcrübələrini sizlərə danışacaq, heç kimin bilmədiyi mövzu və sirləri söyləyəcək”, - deyə təşkilatçılar elanda qeyd etmişdilər.
Acun Ilıcalı ilə görüşün biletləri də ucuz deyildi - minimum 40, maksimum 490 manat.
Biletlərin baha olmasına baxmayaraq, Acunun Bakı Konqres Mərkəzində təşkil olunan seminarına gələnlər az deyildi.
Bəli, təşkilatçıların vədinə inananlar bilet almağa xəsislik etmədilər. Amma tədbirə həvəslə gələnlər sonda Bakı Konqres Mərkəzindən kor-peşman çıxdılar.
Və dərhal da sosial şəbəkələrdə “Acun zəngin olmağın "Z"sından belə danışmadı”, - deyə narazılıqlarını bildirdilər.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, insanlar karyera qurmaq üçün axtarışlar aparırlar və bunun üçün seminarlara müəyyən pullar ödənilir. Onlar bu səbəbdən innovativ yanaşmalar gözləyirlər:
“Bizim xalqda belə tədbirlərə maraq və gözlənti çox olur. Pul ödəyirlər deyə daha çox inkişaf yönümlü məlumatlar əldə etmək istəyirlər. Acun yetəri qədər ağıllı və intelektual şəxsdir. Kifayət qədər böyük karyerası var. Sadəcə olaraq tədbir iştirakçılarının gözləntiləri çox böyük idi. Amma bu Acunun günahı deyildi. O, karyera reseptləri vermək üçün gəlməmişdi. Buna baxmayaraq danışdıqlarında müəyyən dərslər də var idi. Amma Acunun da metodikası belədir”.

Q.Məhərrəmli təşkilatçıların tədbiri belə reklam etməsinin normal hal olduğunu vurğulayıb:
“Təşkilatçılarda günah görmürəm. Sadəcə insanlarımız belə tədbirlərə olan gözləntilərini azaltmalıdır. Bundan əvvəldə Türkiyədən bizə tarixçilər, biznesmenlər və s. seminar üçün gələnlər olub. Ola bilməz ki, bunlardan heçnə örgənilməsin. Sadəcə hər bir şəxsin danışılandan çıxardığı nəticələr fərqli ola bilər. Kimisi az kimisi çox şey öyrənə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya