ABŞ Rusiyanı gələn həftə Texas ştatının Hyuston şəhərində keçiriləcək Böyük İyirmilik (G20) enerji nazirlərinin görüşündə iştiraka dəvət edib.
Teleqraf xəbər verir ki, bunu Ağ Evdəki mənbə "Reuters" agentliyinə təsdiqləyib.
G20 nazirlərinin görüşü 14-16 sentyabr tarixlərində keçiriləcək.
ABŞ 2026-cı ildə G20-yə sədrlik edəcək. ABŞ-da keçiriləcək G20 sammiti 14-15 dekabr tarixlərində Florida ştatının Mayami şəhəri yaxınlığındakı Doralda başa çatacaq.