Avropa İttifaqı Brüssel və Ankara arasında münasibətləri gücləndirməklə Kipr münaqişəsinin həllinə müsbət töhfə verə bilər.
Teleqraf xəbər verir ki, bunu Avropa Şurasının prezidenti António Kosta Kipr prezidenti Nikos Xristodulideslə Nikosiyada keçirilən görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Kosta bildirib ki, "Vahid Avropa"nın vahid Kiprə ehtiyacı olduğu aydındır.
"Biz dialoq üçün müəyyən edilmiş çərçivəyə hörmətlə yanaşırıq və Ursula fon der Leyen ilə mən artıq Türkiyə Prezidentinə problemin həllinə müsbət töhfə verməyə, o cümlədən Avropa İttifaqı ilə Türkiyə arasında münasibətləri gücləndirməyə hazır olduğumuzu bildirmişik".
Xristodulides həmçinin Kosta ilə 2028-2034-cü illər üçün Aİ büdcəsini, Ukraynadakı vəziyyəti, Aİ-nin genişlənməsi məsələlərini, Avropa birliyi ilə Yaxın Şərq ölkələri arasında əlaqələrin inkişafını, ortaq bazarın gücləndirilməsini və Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, eləcə də Kiprin Şengen Sazişinə tam şəkildə daxil olması perspektivlərini müzakirə edib.