Aİ və BMT İranı edamları dərhal dayandırmağa çağırıb
09:24 09.12.2022
Aktual
468
İranda Məhsa Əmininin polis nəzarətində ölümündən sonra başlayan nümayişlərlə bağlı indiyədək edama məhkum edilən 11 nəfərdən birinin artıq edam edildiyi bildirilib. Avropa İttifaqı və BMT 23 yaşlı yeniyetmənin edamını pisləyib və İranı ölüm hökmünü dayandırmağa çağırıb.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin ofisindən yayılan yazılı açıqlamada deyilir ki, Aİ İran hakimiyyətini gələcəkdə ölüm cəzası tətbiq etməkdən və edamlardan çəkinməyə və ölüm hökmünün tamamilə ləğvi üçün ardıcıl siyasət yürütməyə çağırır.
“Şərq” xarici mediaya istinadən xəbər verir ki, bəyanatda həmçinin bildirilir ki, İran hakimiyyəti iddia edilən cinayətlərlə bağlı həqiqəti üzə çıxarmaq üçün məcburi etirafetmə üsülünu dayandırmalıdır.
İran hakimiyyətinin müttəhimlərin qanuni proses hüquqlarını qorumasının və həbsdə olanların hər hansı pis rəftara məruz qalmamasını təmin etməsinin vacib olduğunu xatırladan bəyanatda deyilir:
"Aİ ölüm hökmünün hər zaman və istənilən şəraitdə tətbiqinə qəti və prinsipial etirazını bir daha bəyan edir. Ölüm cəzası heç bir çəkindirici təsiri olmayan və insan ləyaqətinin və bütövlüyünün qəbuledilməz inkarını təmsil edən qəddar və qeyri-insani cəzadır".
BMT baş katibinin sözçüsü Stefan Düjarrik ölüm hökmünün qəti əleyhinə olduqlarını bildirib.
Dujarrik, "Biz BMT-nin İnsan Haqları Şurası ilə edamların dərhal dayandırılması ilə razıyıq. Anladığımız kimi, ölüm cəzası heç vaxt yaşamaq hüququ ilə üst-üstə düşmür" deyib.
BMT-nin edam cəzasının tətbiqinə qəti şəkildə qarşı olduğunu bildirən Düjarrik İranı edamları dərhal dayandırmağa çağırıb.
İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərlə bağlı indiyədək edama məhkum edilən 11 nəfərdən biri Muhsin Şikarinin edam edildiyi bildirilib. Muhsin Şikari İranda Mahsa Əmini etirazları ilə bağlı edam edilən ilk nümayişçi olub.
Ölkədə 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 11 nəfər barəsində ölüm hökmü çıxarılıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya