Akademik: "Sağlam düşüncəli heç bir insan ölkədə iğtişaşları alqışlaya bilməz"
Ayyət Əhməd
13:52 23.10.2019
Aktual
602
“Son günlərdə ölkədə vəziyyətin gərginləşməsinin arxasında xarici dövlətlərin müəyyən pozucu qüvvələri dayanır. Onlar inkişaf etməkdə olan Azərbaycanın müstəqil siyasəti ilə heç cür barışa bilmirlər. Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütməsi faktı müəyyən qüvvələri olduqca narahat edir".
Sherg.az-ın xəbərinə görə, bu sözləri akademik, millət vəkili Gövhər Baxşəliyeva deyib.
Xanım deputat vurğulayıb ki, ölkəmizdə asayişi və sabitliyi hər bir yolla pozmağa çalışırlar:
"Bu qüvvələr Azərbaycan cəmiyyətində hərc-mərclik, ajiotaj yaratmaq, xalqı vahiməyə salmaq istəyirlər ki, Azərbaycandakı əlaltıları burada istədiklərinə nail olsunlar. Hesab edirəm ki, Azərbaycanda iğtişaşlar həm də ölkə daxilində özlərinin merkantil maraqlarını ümummilli mənafelərdən üstün tutan müəyyən qüvvələrin maraqlarına uyğundur. 19 oktyabr hadisələri bunu birmənalı şəkildə təsdiq etdi. Sağlam düşüncəli heç bir insan ölkədə iğtişaşları, hüquqi qaydanın pozulmasını alqışlaya bilməz. Gələcəkdə belə hadisələrin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Bundan ötrü ölkə ictimaiyyəti Azərbaycan dövlətinin və onun Prezidentinin ərafında daha sıx birləşməlidir. Bu gün Azərbaycan xalqı inamlı inkişaf yolundadır. O, yeni dövlət quruculuğu yolunda irəliləyir. Bu gün biz hamımız “Azərbaycan” adlı bir gəminin sərnişinləriyik və bu gəminin mənzil başına salamat gəlib çatması bizim hamımızın, yəni Azərbaycanın bütün vətəndaşlarının maraqlarına uyğundur. Bu gəmidə hər hansı qarşıdurmaya və fikir ayrılıqlarına yer olmamalıdır. Biz Azərbaycanın da başqa ölkələr kimi qanlı qarşıdurma arenasına çevrilməsinə imkan verməyəcəyik. Azərbaycan xalqı həmişə öz ərazi bütövlüyünün keşiyində durub və bundan sonra da duracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm