
Aksiyaya münasibət! – “Sülhməramlıların qarşısında həm də xalq var”
Yusif Nəzərli
10:22 12.12.2022
Aktual
523
Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.
Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.

Hadisəni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Şuşa ərazisində sülhməramlıların müvəqqəti nəzarət etdiyi yolda keçirilən etiraz aksiyası Rusiyanın başqa çıxış yolu qoymamasının nəticəsidir:
"Azərbaycan öz suveren ərazisində ekoloji monitorinq keçirmək məqsədilə sülhməramlılarla danışıqlar aparırdı. Lakin bir-birinin əksi olan iki hadisə baş verdi. Birincisi, nümayəndələrimiz monitorinqə başlamaq üçün bölgəyə getdi. İkincisi, Vardanyan başının dəstəsi ilə prosesə mane oldu. Bu da Azərbaycanın tələbi qarşısında “yox” deyə bilməyən rusların, prosesin “mülki təxribat”la qarşısını aldıqlarını sübut edir. Şuşa yolunda keçirilən aksiya da bu kontekstdə “mülki təxribata” qarşı mülki etiraz formasıdır və siyasi baxımdan da ən doğru seçim hesab edilə bilər. Artıq sülhməramlıların (Rusiyanın) qarşısında təkcə diplomatlar və hərbçilər yox, həm də praktiki olaraq xalq var. Digər tərəfdən bu aksiya ümumilikdə Qarabağ iqtisadi rayonuna qayıdışın cığırını da açır. Yəni mülki əhali Xankəndinə, Xocalıya, Xocavəndə yürüş edərsə, heç bir qüvvə qarşısını ala bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm