Allahşükür Paşazadə yeni təyin olunmuş Yepiskop Aleksiyi qəbul edib
Yusif Nəzərli
14:59 18.06.2024
Aktual
652
İyunun 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Rus Provaslav Kilsəsinin Azərbaycana yeni təyin etdiyi Yepiskop Aleksiyi qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə şeyxülislam Azərbaycanın multikultural dəyərlərindən, bütün dinlərə və adətlərə bəslədiyi hörmətdən söz açıb: “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan multikulturalizmi bu gün cənab Prezident İlham Əliyev tərəfindən yeni və daha geniş müstəvidə uğurla davam etdirilir”.
Hər iki dinin nümayəndələri arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən şeyxülislam bu əlaqələrin səmərəli və davamlı olacağına inandığını qeyd edib.
Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri vurğulayıb ki, 30 illik düşmən işğalında dağıdılmış məscid və kilsələr bu gün Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xətti ilə bərpa olunur, dindarların rahat şəkildə istifadəsi üçün hər bir şərait yaradılır.
“Bu gün Şuşada, eləcə də işğaldan azad edilmiş digər ərazilərdəki dini ibadətgahlar təmir və bərpa edilir. Mən istərdim ki, siz o ibadətgahları görəsiniz və xoş hadisələrə bizimlə birgə şahidlik edib sevincimizə şərik olasınız”.
Sonra Yepiskop Aleksiy Azərbaycan xalqının müxtəlif dinlərə qarşı olan tolerantlığından bəhs edərək bu münasibətlərdən məmnunluğunu ifadə edib.
Tədbirdə çıxış edən Bakı Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev şeyxülislam Allahşükür Paşazadəni və Yepiskop Aleksiyin fikirlərini təsdiq edərək bu şərait üçün Azərbaycan dövlətinə təşəkkür edib. O bildirib ki, Azərbaycan rəhbərliyinin və şəxsən Şeyxülislamın digər dinlərə qarşı olan diqqət və ehtiramı təqdirəlayiqdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial