ANAMA: Piyada əleyhinə 254 mina aşkarlandı

Azad olunmuş ərazilərdə son bir həftə ərzində piyada əleyhinə 254 mina aşkarlanıb.

Bu barədə Sherg.az-a Minatəmizləmə Agentliyindən məlumat verilib.

Bildirilib ki, tank əleyhinə 31 mina, 838 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd edilib ki, 1144,9 hektar ərazi isə minalardan təmizlənib.