Avropa İttifaqı: "Bakı küçələrində iğtişaşları dəstəkləmirik"
12:46 31.10.2019
Aktual
433
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi bəzi KİV-lərin Aİ səfirinin Bakı küçələrindəki iğtişaşları dəstəkləməsiylə bağlı iddialarını tamamilə rədd edir.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin bəyanatında bildirilib.
“Azərbaycan Aİ-nin mühüm tərəfdaşı, “Şərq Tərəfdaşlığı” proqramının üzvü, eləcə də energetika sahəsində strateji tərəfdaşımızdır. Aİ həmçinin Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Tərəfdaşlığımızı inkişaf etdirmək və insan hüquqları da daxil olmaqla, çox sayda mövzunu əhatə edən yeni hərtərəfli Saziş vasitəsi ilə əməkdaşlığımızı genişləndirmək üçün birgə çalışırıq”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Aİ Azərbaycanın islahatlar proqramını dəstəkləməyə davam edir:
“Aİ həm neft, həm də qeyri-neft sektorlarında Azərbaycanın ilk ticarət tərəfdaşı və investordur. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramını dəstəkləyirik, o cümlədən təhsil və regional inkişafa dəstək verməklə bunu edirik”.
“Aİ nümayəndəliyi beynəlxalq hüquq və təcrübəyə uyğun olaraq, Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə əlaqələrə malikdir. B
u, o deməkdir ki, biz dinləyirik, lakin tərəf tutmuruq. Bütün dünyada diplomatik xidmətlər tərəfindən tətbiq olunduğuna görə, biz də həm hökumət nümayəndələri, həm də müxalifət, vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük”, - bəyanatda bildirilib.
Xatırladaq ki, daha əvvəl Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab olaraq mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm