
Aydın Hüseynov: Bakı Enerji Həftəsinin keçirilməsi vacib hadisədir
13:11 03.06.2024
Aktual
692
4-6 iyun tarixlərində regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi keçiriləcək.
Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu kimi tədbirləri birləşdirir. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40%-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov söyləyib ki, son dövrlərdə Azərbaycan beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır:
“Ölkə konqres və sərgi fəaliyyətlərində fəal iştirak edir və inkişaf etmiş infrastruktura malikdir. Bu tədbirlərdən biri kimi regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsinin keçirilməsini vacib hadisə saymaq olar. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bu qlobal platforma enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi dialoq məkanıdır. Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir. Bakı Enerji Həftəsi əhəmiyyətli bir sıra əlamətdar hadisələrə təsadüf edir. Belə ki, bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Müasir müstəqil Azərbaycanın banisi, Azərbaycanın yeni enerji strategiyasının müəllifi, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın dünyanın neft ixracatçılarından birinə çevrilməsində mühüm rol oynayıb. Məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil Azərbaycanın yeni enerji strategiyasının əsası qoyulub".

A.Hüseynov bildirib ki, həftə çərçivəsində yaşıl enerji ilə bağlı geniş müzakirə və məsləhətləşmələr də aparılacaq:
"Ona görə də ənənəvi enerji resursları sənayesini inkişaf etməkdə olan “yaşıl enerji” istiqamətləri ilə birləşdirən Bakı Enerji Həftəsi bu sahədə irəliləyişlərə və ən yaxşı təcrübələrə zəmin yaradır. Belə ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunub”.
Oxşar xəbərlər
İsrailin "soyqırımı" qərarı bölgədə sülh və əməkdaşlıq istəyənlərin düşmənlənin əlinə oynayacaq -ŞƏRH
19:11 28.06.2026
Tofiq Abbasov: “İran və ABŞ arasında gərginliyin arxasında üçüncü qüvvələr dayanır”
17:04 28.06.2026
Xəbər lenti
Hamısına bax
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs saxlanıldı
09:55 29.06.2026
Hadisə
Saatlıda 8 kiloqram narkotik vasitə aşkarlandı
09:37 29.06.2026
Hadisə
Qızıl və gümüş ucuzlaşdı
09:09 29.06.2026
İqtisadiyyat
Kiprda iki uşaq avtomobildə ölü tapıldı
08:28 29.06.2026
Dünya
Britninin oğulları podiumda!
07:27 29.06.2026
Şou
“iPhone 18 Pro” modellərinin kamerası tamamilə dəyişir
06:52 29.06.2026
Texnologiya
Daha bol məhsul üçün yayda budanmalı olan 7 meyvə ağacı
06:16 29.06.2026
Maraqlı
SZ: Polşa Almaniyadan təzminat tələbi ilə bağlı taktikasını dəyişib
05:35 29.06.2026
Dünya
Beyons əri ilə Nyu-York küçələrində
03:49 29.06.2026
Dünya