Aysəbanın uğur hekayəsi
Turan
07:18 20.08.2020
Aktual
1272
O, “Əl-Cəzirə”də çalışan yeganə azərbaycanlıdır
İstedadlı gəncimiz heç də hamar olmayan enişli-yoxuşlu yol qət edib
Məşhur “Əl-Cəzirə” kanalında çalışan azərbaycanlı xanım Aysəba Umutlu (Mirzəyeva) Yaxın Şərq ölkələrinin liderlərini birləşdirən “Yaxın Şərq Liderlik Akademiyası”nın 2020-2022-ci illər üçün Qətər üzrə prezidenti seçilib. Ölkəmizin və millətimizin gənc istedadlarından olan Aysəba Umutlu təşkilatda yeganə ərəb olmayan prezidentdir. Təşkilat əsasən ərəb ölkələri liderlərini birləşdirir. Məlumat üçün bildirək ki, Aysəba Mirzəyeva 3 ildir dünyanın nüfuzlu media şəbəkələrindən biri olan “Əl-Cəzirə”də fəaliyyət göstərir və bu qurumda çalışan yeganə azərbaycanlıdır. O, bakalavr üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakultəsinin, Magistratura üzrə isə London Siti Universitetinin Beynəlxalq Siyasət fakultəsinin məzunudur.
Gənc yaşlarından ictimai işlərdə çox fəallıq göstərən Aysəba Umutlu “Xəzər Tv”də ilk dəfə yayımlanan “Səfirlərə səfər” verilişinin ideya müəllifi və icraçısı olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun yetirməsi olan Aysəba həmçinin Avrasiya Mediya Şəbəkəsinin qurucularından biri, Azərbaycanda təhsil alan əcnəbi gənclərin şəbəkəsi - Bakı Beynəlxalq Tələbə Təşkilatının qurucusudur. Onun təşəbbüsü ilə 2007-ci ildə ölkəmiz “Erasmus” Tələbə Şəbəkəsinə qoşulub.
Xatırladaq ki, A.Mirzəyeva Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyevin qızıdır. Heç şübhəsiz, Aysəba Mirzəyevanın beynəlxalq uğurları sadəcə Mirzəyevlər ailəsinin deyil, bütövlükdə Azərbaycan dövlətinin və millətimizin sevinci, qürurudur. Çünki bu cür fəal gənclərimizin aktiv fəaliyyəti və təşəbbüsləri sayəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Sorağı uzaqlardan gələn istedadlı Azərbaycan gəncinin uğurları ilə bağlı atası, BAMF prezidenti Umud Mirzəyevin də fikirlərini öyrəndik. Umud Mirzəyev övladı ilə bağlı açıqlama verməkdə xeyli tərəddüd etsə də, israrlarımız nəticəsində düşüncələrini qısa da paylaşmağa razılıq verdi. BAMF-nin prezidenti vurğuladı ki, övladının nailiyyətləri ilə qürur duyur, fəxr edir. U.Mirzəyev daha sonra onu da bildirib ki, qızı Aysəba hazırkı mövqeyə çatana qədər heç də hamar olmayan enişli-yoxuşlu yol qət edib:
“Regiona, Azərbaycana səfər edən əcnəbi jurnalistlərin böyük əksəriyyətinin yolu bizim evdən keçib. Aysəba məhz belə bir mühitdə böyüyüb, çox erkən yaşlarından xaricdən gəlmiş media nümayəndələri, tanınmış şəxslərlə ünsiyyətdə olub, gedən proseslərə, aparılan söhbətlərə şahidlik edib.
Hər zaman hiss edib ki, ölkəmiz üçün beynəlxalq cameəyə çıxmaq, xalqımızın başına gətirilmiş faciələri dünya ictimaiyyətinə çatdırmaq nə qədər önəmli və vacibdir. Həm də biz özümüz Qarabağ və Qərbi Azərbaycan kökənliyik.
Erməni təcavüzündən zərər cəkmiş çoxsaylı qohumlarımız var. Köçkünlük, qaçqınlıq qızımın gözü qarşısında yaşanıb. Aysəba o vaxtlardan öz üzərində işləməyə başlayıb və bir çox uğurlar əldə edib.
Görünür, Aysəbanın bu potensialını, bacarığını görənlər də onun namizədliyini dəstəkləyiblər və nüfuzlu bir quruma rəhbərliyi həvalə ediblər. Hesab edirəm ki, bu, bütövlükdə Azərbaycanın uğurudur. Sosial şəbəkədə hamı təbrik üçün xoş təəssüratlarını yazır, zənglər edirlər, onların da hər birisinə sonsuz təşəkkürümü bildirirəm”.
U.Mirzəyev bəyan edib ki, övladlarımız daha yüksək yerlərdə olmalıdır:
“Şükürlər olsun ki, bu gün təkcə Aysəba deyil, dünyanın müxtəlif bölgələrində olduqca istedadlı, talantlı gənclərimiz var və onlar yüksək statuslar qazanırlar. Bu da müstəqilliyimizin bizə bəxş etdiyi imkandır, suverenliyimizin, azadlığımızın dadı, ləzzətidir. Ona görə də hamı müstəqilliyimizi qorumalı, bunun üçün daha çox çalışmalıyıq. Potensialımızı ölkəmizin inkişafına yönəltməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat