İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə avqust ayı üzrə məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən APA-ya verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 514 piyada əleyhinə mina, 121 tank əleyhinə mina, 2724 Partlamamış Hərbi Sursat aşkarlanıb.
Bildirilib ki, 7568.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.