Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə əməkdaşlığı mümkündürmü? – ŞƏRH
Fidan Həmişəyeva
14:04 02.06.2021
Aktual
920
“Ərdoğan məcburi surətdə demədi ki, Ermənistan mütləq əməkdaşlıqda olmalıdır”
“Görürük ki, Ermənistan hələ də fərqli siyasət yürüdür, təxribatlarını davam etdirirlər”
“Bu gün də Kəlbəcərə yeni diversant qrupu göndəriblər. Aydındır ki, belə şəraitdə Ermənistanla əməkdaşlıq mümkün deyil”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraklı Qaribaşvili arasında Ankarada görüş keçirilib. Görüş sonrası mətbuat konfransında Türkiyə dövlət başçısı ikitərəfli münasibətlərlə yanaşı, regional əməkdaşlıq perspektivləri barədə də danışıb.
R.T.Ərdoğan Türkiyə olaraq Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını dəstəklədiklərini bildirib.
“Azərbaycanla üçtərəfli əməkdaşlığımız bu baxımdan çox önəmlidir. Bununla bərabər, Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi ilə yanaşı, Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli əməkdaşlığını da Türkiyə olaraq dəstəkləyirik. Bu il ərzində yüksək səviyyəli strateji toplantımızı xarici işlər nazirləri səviyyəsində keçirməyə qərarlıyıq. Mövcud mexanizmləri qərarlı və ideal bir şəkildə ortaya qoyaraq, addımlarımızı atacağıq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyə liderinin açıqlaması barədə fikrilərini “Sherg.az”la bölüşüb:
“Əslində Ərdoğanın cümləsi belə olmuşdu: “Azərbaycan-Gürcüstan-Türkiyə üçlü ittifaqı var, əməkdaşlıq davam edir.
Bundan sonra isə söyləyib ki, Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə əməkdaşlığı da mümkün ola bilər. Yəni Ermənistan ərazi iddialarından vaz keçib, qonşularla normal münasibət qurmaq istəyərsə, bu ittifaqa qoşula bilər.
Ərdoğan məcburi surətdə demədi ki, Ermənistan mütləq əməkdaşlıqda olmalıdır. Bu, Azərbaycan və Türkiyənin Ermənistana etdiyi təklif idi. Yəni düşmənlikdən yaxa qurtarmaq istəyirlərsə, gəlib bizimlə əməkdaşlıq edə bilərlər.
Lakin görürük ki, hələ də fərqli siyasət yürüdür, təxribatlarını davam etdirirlər. Bu gün də Kəlbəcərə yeni diversant qrupu göndəriblər. Aydındır ki, belə şəraitdə Ermənistanla əməkdaşlıq mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət