Azərbaycan-Gürcüstan sərhədində birgə buraxılış məntəqəsi təsis edilə bilər
Yusif Nəzərli
14:54 14.12.2022
Aktual
434
Azərbaycan-Gürcüstan sərhədində “İpək Yolu - Abreşumis Qza” birgə buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupların ilk görüşü keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycan DGK-nın Qərb Ərazi Baş Gömrük İdarəsinin Ticarətin Asanlaşdırılması Mərkəzində gerçəkləşib.
Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, Gürcüstandan Gəlirlər Xidməti rəhbərinin müavini Vladimer Xundadze başçılıq ediblər.
İclasda 29 sentyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”ə əsasən yaradılacaq “İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı hüquqi, maliyyə və texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Asiya İnkişaf Bankının eksperti Radomir Djurik Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı təkliflərini səsləndirib və təqdimatla çıxış edib.
Görüşdə “İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin gələcək fəaliyyətinin “Trans-Xəzər” nəqliyyat dəhlizində ticarətin artırılmasına töhfə verəcəyi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya