“Azərbaycan Türkiyə ordu modelinə keçir” - Təlimlər intensivləşir
Banuçiçək Kalbalıyeva
11:28 22.07.2021
Aktual
627
Gürcüstanda ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək. İyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək.
ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə - Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir. “Agile Spirit 2021” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.
Hərbi ekspet Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında sözügedən təlim barədə bunları dedi:
“Təlimlər 2011-ci ildən keçirilir. Keçən il pandemiyaya görə təxirə salınmışdı. Bu, onuncudur. Təlimdə iştirak edəcək 14 ölkədən 12-si ilə müxtəlif səviyyələrdə hərbi müttəfiqik. Təlimlər iki aviabazada və xüsusi təlim mərkəzində keçiriləcək. Bir çox yeniliklər, o cümlədən Gürcüstanın yerli istehsalı olan texnikanın nümayişi gözlənilir”.
Ə. Verdiyev, həmçinin “Agile Spirit 2021”-in ölkəmiz üçün əhəmiyyətindən söz açdı:
“İştirakçılar üçün sürprizlər gözlənilir. Azərbaycanın Türkiyə ordu modelinə keçməsi ərəfəsində bu təlimlərdə yer alması normaldır. Gələcəkdə hazırkı intensivlik bir az da artacaq. Fikrimcə, regional təhdidlərə operativ cavab verməkdən ötrü təlimlərdə iştirak etmək məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat