Azərbaycanda terror təhlükəsi var? – “Bu yalanı ermənilər yayıb, çünki...”
Banuçiçək Kalbalıyeva
09:29 20.05.2021
Aktual
1283
“...Bölgədəki sabitlik, təhlükəsizliklə bağlı süni problem yaradılır”
“Məqsəd isə Böyük qayıdışdan sonra xarici ölkə investisiyalarının ölkəyə daxil olmasının qarşısını almaqdır”
Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda “COVID-19” koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib. Onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub.
Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb. Məlumatla bağlı Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir. Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli həmin iddialarla bağlı “Sherg.az”a münasibət bildirdi:
“Bizim üçün ən həssas məqam 44 günlük Vətən müharibəsi dövrü idi. O vaxt xüsusi xidmət orqanlarının uğurlu fəaliyyəti nəticəsində bütün potensial təxribatların qarşısı alındı, ictimai asayişə zərbə dəymədi. Məhz savaş mərhələsini xatırlayaraq vəziyyətə qiymət vermək olar. Dediyim kimi, terror təhlükəsi yoxdur”.
Ə. Əlibəyli, həmçinn bildirdi ki, belə məlumatlar məqsədli şəkildə yayılır:
“ABŞ-ın region və xüsusilə ölkəmizdə terror təhlükəsi ilə bağlı yaydığı xəbərlər birbaşa Azərbaycanla Ermənistan arasındakı proseslərlə əlaqəlidir. Hətta mən bu cür xəbərlərin tirajlanmasının erməni lobbisinin sifarişi olduğundan əminəm. Beləliklə, bölgədəki sabitlik, təhlükəsizliklə bağlı süni problem yaradılır. Məqsəd isə Böyük qayıdışdan sonra xarici ölkə investisiyalarının ölkəyə daxil olmasının qarşısını almaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə