Azərbaycanın daxili işlərinə qarışanlar: Əvvəlcə öz ölkələrindəki şiddətə nəzər yetirsinlər
13:30 22.10.2019
Aktual
501
ABŞ səfirliyinin dünən yaydığı bəyanat beynəlxalq hüquq çərçivəsinə sığmır və yolverilməzdir. Hər hansı bir diplomatik nümayəndəlik fəaliyyət göstərdiyi ölkədəki ayrı-ayrı daxili proseslərə qiymət verə bilməz və bu, birbaşa həmin dövlətin daxili işinə qarışmaq deməkdir. Çox maraqlıdır ki, ABŞ səfirliyi bu bəyanatında Avropa İttifaqının bəyanatına dəstək verdiyini bildirmişdir.
Bu da heç bir məntiqə uyğun deyil. ABŞ Avropa İttifaqının üzvü deyil və hansısa bir səfirliyin beynəlxalq təşkilatın bəyanatına dəstək verməsi absurddur. ABŞ səfirliyinin bəyanatında göstərilən dırnaqarası faktların heç bir əsası yoxdur və ABŞ səfirliyi Azərbaycan hökumətini araşdırmalar aparmağa çağırması ilə özünü sanki beynəlxalq arbitr rolunda görür. Yaxşı olardı ki, ABŞ səfirliyi öz ölkəsində vüsət alan polis zorakılığı faktlarına münasibət bildirsin.
ABŞ-da mütəmadi olaraq polis zorakılığı, dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiqi halları baş verməkdədir.
Ümumilikdə ABŞ polisinin hərbiləşdirilməsi ABŞ ictimaiyyətində ciddi narahatlıqlar doğurur. ABŞ-da polis qüvvələrinin dinc nümayişə çıxan insanlara qarşı gözyaşardıcı qaz, dəyənək, rezin güllələrdən istifadə etmələri adi hala çevrilmişdir. Təkcə Ferqyuson hadisələrinə nəzər salmaq kifayət edər. ABŞ polisinin nümayişçilərə qarşı zorakılıqları, dinc etirazçılara qarşı əlavə hərbi hissələrin cəlb olunması, hətta komendant saatının tətbiq edilməsi kimi faktlar ABŞ-ın Azərbaycandakı səfirliyinin diqqətindən qaçmamalıdır. Avropa İttifaqının bəyanatına dəstək nümayiş etdirən səfirlik bilməlidir ki, Avropada dinc nümayişlərin polis qüvvələri tərəfindən necə qəddarlıqla yatırılması faktları bu gün dünyanın gözü qarşısında baş verir. ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının müvafiq qurumları ilə bu faktlara öz reaksiyalarını versəydilər, daha yaxşı olardı.(Trend)
Azərbaycan müstəqil dövlətdir, hər hansı bir ölkənin və ya diplomatik nümayəndəliyin ölkəmizin daxili işlərinə qarışmasını yolverilməz hesab edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol