Azərbaycanın Rusiyadan asılılığı yoxdur - Millət vəkili
Yusif Nəzərli
13:03 23.07.2023
Aktual
549
“Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq”. Bu sözləri Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib. Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa başqa istiqamət yoxdur. Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır”. Tolstoy əlavə edib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq: “Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoyun açıqlaması anlaşılan deyil.
Deputatın sözlərinə görə, bu, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müttəfiqlik haqqında Bəyannamənin ruhuna zidd olmaqla yanaşı, həm də ölkələrimiz arasındakı münasibətlərə kölgə salmağa cəhddir:
"Son illər Azərbaycan Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Amma təəssüf ki, Rusiyanın ermənipərəst siyasətçiləri düşmənçilik və təxribat ruhlu açıqlamalar verməklə ölkələrimizarası münasibətlərə xələl gətirməyə çalışırlar. Həm də təəssüf doğurucu məqamlardan biri də Rusiya mətbuatında Azərbaycana qarşı təbliğatın genişlənməsidir. Ölkəmizə olan bu informasiya hücumunun Rusiya XİN-in Laçın yolu ilə bağlı açıqlamasından sonra vüsət almasını təsadüfi hesab etmirəm. Amma onlar unudurlar ki, Azərbaycan müstəqil ölkədir və heç kimdən asılılığı yoxdur. Bu gün Azərbaycan dünya dövlətləri sisteminin fəal üzvüdür. O cümlədən, dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Həm də BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilərək, bu təşkilata sədrlik etmişdir. O cümlədən, Azərbaycanın Rusiyadan asılılığı yoxdur və 32 ildir ki, öz müstəqilliyini yaşayır və möhkəmləndirir".
A.Badamov vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri qarşılıqılı hörmət əsasında qurulub:
"Azərbaycan atdığı addımları Ermənistandan fərqli olaraq, kimlərinsə diqtəsi ilə deyil, ancaq müstəqil şəkildə atır. Tolstoy, Zatulin, Milonov və digərlərinin xoşlarına gəlməsə də, Azərbaycan beynəlxalq münasibətlərini bütün ölkələrlə müstəqil dövlət ruhunda davam etdirir. Azərbaycana düşmən gözü ilə baxan dairələr bilməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında təmin edib. Bu gün ölkədaxili məsələləri də heç kimlə müzakirə aparmadan daxili qanunlara uyğun tənzimləyir. O cümlədən, Qarabağda ermənilərin yaşadıqları və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilər də Azərbaycanın suverən ərazisinin tərkib hissəsidir. Pyotr Tosltoya xatırlatmaq istəyirəm ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın icrasına Rusiya da öhdəlik götürüb".
Parlament üzvü bəyan edib ki, Azərbaycan bu bəyanatdan irəli gələn bütün məsələləri icra edib. Amma Ermənistan və Rusiya imza atdığı öhdəlikləri hələ də icra etmir:
"Tolstoy və Zatulin kimilər üçtərəfli bəyanatın icrasından danışmaq əvəzinə, Ermənistana haqq qazandırmağa çalışır. Lakin onlar bilməlidirlər ki, Ermənistan və Rusiya öz öhdəliklərini icra etməzsə, Azərbaycan Üçtərəfli Bəyanatı qüvvədən düşmüş hesab edə bilər və Ermənistanla sərhədi tamamilə bağlamaq hüququna malikdir. Amma Azərbaycan hələ də humanistlik nümayiş etdirərək, Laçın yolunu humanitar hərəkətlər üçün açıq saxlayaraq, Ermənistan və Rusiyadan Üçtərəfli Bəyanatın 4,6 və 9-cu bəndlərinin icrasını tələb etməklə kifayətlənir. Onlar bilməlidirlər ki, Azərbaycan əbədi gözləmə mövqeyində dayanmaq fikrində deyil. 30 ildən sonra döyüş meydanında öz ərazi bütövlüyünü təmin etdiyi kimi, Qarabağda yaşayan ermənilərin məsələlərini də ölkə qanunlarına uyğun həll etməklə, bu məsələyə nöqtə qoya bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya